İsrail Baş naziri Benyamin Netanyahu ötən gün İstanbulda İƏT-in konfransında Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasına münasibət bildirib.
Netanyahu sammitdə elan edilən bəyannamənin onlara heç bir təsirinin olmadığını söyləyib.
Netanyahu fələstinlilərin həqiqəti dərk etməli olduğunu, sülh üçün çalışmağın lazımlılığını vurğulayıb: "Bütün bu bəyannamələr bizə təsir etmir. Qüdslə bağlı digər bir həqiqəti də qəbul etmək lazımdır: Bu şəhərin təkcə İsrailin paytaxtı olduğunu demirik, eyni zamanda Qüdsdə bütün dinlər üçün ibadət azadlığına hörmət göstərdiyimiz məqamın da olduğunu və bunu bütün Yaxın Şərqdə göstərən yeganə ölkə olduğunu da bildiririk".
O qeyd edib ki, bir çox ölkənin səfirliyi Qüdsə köçürüləcək.