Kuba inqilabı lideri 89 yaşlı Fidel Kastro illər sonra ilk dəfə çıxış edib.
"Eurasia Diary" xəbər verir ki, Kastro partiyaşdaşlarının idealarına sahib çıxmağa çağırıb:"Yaxında 90 yaşım olacaq və mən də digər öndərlər kimi gedəcəm. Lakin, Kubalı komunistlərin idealları, inancları bu dünya üçün, bəşəriyyət üçün fayda verməkdə davam edəcək".
Kuba Kominist partiyasının 5 ildən bir keçirilən konqresində Fidel Kastronun qardaşı 84 yaşlı Raul Kastro partiya liderliyinə seçilib.
Fidel Kastro 55 il əvvəl etdiyi çevriliş nəticəsində adada təkpartiyalı sistem qurmuş və sosialist rejimini yaratmışdır. Lakin inqilab illərini görməyən gənclər aşağı səviyyəli yaşayış tərzinə görə onları günahlandırır. Keçən həftə etdiyi çıxışda Kominist partiyasına qəbulun yaş həddinin 60 olaraq müəyyənləşdirilməsini istəyən Raul Kastro özü 84 yaşındadır. Partiyanın rəhbərlərinin hamısı demək olar ki, çox yaşlanıblar.