İsrail polisi korrupsiya işi üzrə yeddinci dəfə baş nazir Benyamin Netanyahunu dindirib.
Xarici media xəbər verir ki, dindirilmə baş nazirin Qüdsdəki ofisində aparılıb.
Xatırladaq ki, Netanyahu ilk dəfə yanvarın 2-də polisə ifadə verib.
O və ailə üzvləri sahibkarlardan yüz minlərlə şekel dəyərində hədiyyələr almaqda ittiham olunurlar.
Netanyahu bütün ittihamları rədd edib.