Narkotik aludəçisi olan Ceymi Beysinger yüksək dozada narkotik maddə qəbul edərək yatıb. 3 yaşlı oğlu Lendi isə anasından xəbərsiz həyətə çıxarkən ehtiyatsızlıq səbəbindən qapı bağlanıb və uşaq çöldə qalıb.
Hadisə ABŞ-ın Karolina ştatında yaşanıb. Qadın oğlunun yatdığını düşünərək narkotik qəbul edib və yatıb. Uşağın həyətə çıxdığını hiss etməyən qadın oğlunun kömək səslərini, qapını saatlarla döyməsini də eşitməyib. Nəticədə, Lendi 2 saatdan çox soyuqda qaldığı üçün donaraq ölüb.
Qadın məsuliyyətsizliyi səbəbindən olğlunun ölümündə şübhəli bilnərək həbs olub.
Polisin verdiyi məlumata görə, 3 yaşlı Lendi özünün doğum günündə ölüb.(publika.az)