BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Dr. Şamşad Axtar Asiya və Sakit Okeanda müntəzəm miqrasiya ilə bağlı fikirlərini Eurasia Diary ilə bölüşüb
2017-ci ildə Asiya və Sakit okean regionu 62 milyon miqrant üçün yaşayış yeri olacaq. Bu Koreya Respublikasının əhalisindən daha çoxdur. Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən bu fürsət kimi dəyərləndirilir. Yaranmış vəziyyətdən regionumuzun gələcək rifahının təmin edilməsində yararlana bilərik.
İnsanların miqrasiya etmələri bir sıra amillər səbəb olur. Tələbələr ölkələrində mövcud olmayan təhsil imkanlarından və dünya görüşlərini artırmaq, perspektivlərini genişləndirmək məqsədi ilə miqrasiya edir. Miqrantların bir hissəsini öz ölkələrində zülm və şiddətlə qarşılaşmış qaçqınlar təşkil edir. Regionumuzda Myanmarın Rohingya əyalətindən evlərini tərk edib Banqladeşdə sığınacaq tapmağa çalışan yüzlərlə qaçqın var. BMT-nin baş katibi bu məsələ ilə bağlı müzakirələr apararaq, bunu insan haqqlarının pozulması kimi dəyərləndirib və bu cür halların baş verməsinə son qoyulmasını tələb edib.
Ancaq, miqrasiyaya səbəb olan əsas amillər əmək haqqı yüksək olan iş tapmaq və ailə rifahını yaxşılaşdırmaqdır. Onların pul köçürmələri öz ölkələrində uşaqların qidalanması, təhsil və səhiyyə xərclərinin ödənilməsinə yardımçı olur. Həmçinin, miqrantlar köçdükləri ölkələrin tələblərinə uyğun olaraq fəaliyyət göstərməlidirlər. Onlar, eləcə də, həmin ölkədə yeniliklərin tətbiq edilməsi və inkişafında rol oynayır.
Ancaq, bir çox hallarda miqrantlar aşağı əmək haqqı alıq, onlara aşağı xidmət göstərilir. Onlar məcburən ağır fiziki işlərlə məşğul olurlar. Bu hallarda ən çox əziyyət çəkən qadın miqrantlar olur ki, onların çoxu qulluqçu olaraq çalışır və tez-tez təhqirlərə məruz qalırlar.
Bu kimi halların qarşısının alınması ölkənin nüfuzunun və iqtisadiyyatın inkişafına gətirib çıxara bilər. BMT-nin üzv ölkələri bu sahədə xüsusi siyasətin olması fikrini dəstəkləyir və burada əsas məqsəd miqrantların hüquqlarının qorunmasıdır.
Bu məsələ ilə bağlı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası noyabr ayında regional müzakirələr təşkil etdi. Ümid edirəm ki, bu tədbirin keçirilməsi və Beynəlxalq Miqrant Günü Asiya və Sakit okean regionunda təhlükəsiz, müntəzəm miqrasiyaya nail olmaqda və miqrantların hüquqlarının genişləndirilməsi istiqamətində böyük rol oyanacaq.
Dr. Şamşad Axtar BMT Baş katibinin müavini (BMT) və Asiya və Sakit Okean ölkələri üzrə İqtisadiyyat və Sosial məsələlər üzrə Komissiyanın icraçı katibidir.