Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq cəbhəsi forumunda çıxışı zamanı bəyan edib ki, SSRİ dağılandan sonra heç kim onun ölkəsinə kömək etməyib.
Bu barədə “Gazeta.ru” məlumat yayıb.
Putin çıxışında deyib: “Xatırlayaq, Sovet İttifaqı dağılanda biz xeyli sayda yaxşı çıxışlar eşidirdik, lakin real olaraq heç kim bizə kömək etmirdi. Düzdür, biz bu köməyə ümid belə etmirdik. Çünki bizə kənardan kömək lazım deyil. Biz yeni güclü, müstəqil ölkə qururduq”, -
Onun sözlərinə görə, Rusiya öz maraqlarını möhkəm formada qorumağı bacardı, gücün və tarixin fasiləsizliyini dərk etdi.