BMT-də Qüdslə bağlı səsvermədə ABŞ xeyrinə səs verən ölkələrin nə qədər pul almasının detalları ortaya çıxıb.
21 dekabrda keçirilən səsvermənin ertəsi günü Palau dövləti ABŞ DİN-dən 3 milyon dollar alıb. Bu pul Palauya edilən illik yardımdan əlavə verilən məbləğdir.
Həmin gün ABŞ DİN-i Mikroneziyaya 6,3 milyon dollar verib. Dünya Bankı isə Marşal Adalarına 34 milyon dollar kapital qoyacağını açıqlayıb. Ümumi məbləği hesablayanda ABŞ-ın dünya ölkələrinin səsini satın almaq üçün 43,3 milyon dollar xərclədiyi məlum olur. (Avropa.info)