“Azərbaycandan gələn döyüşçülər çox qəddar olur...” İŞİD-çi Abdalla

Dünya 16:53 25.12.2017

CurrentTime.TV-nin xüsusi müxbiri Şahida Yakub özünün «Kadr arxasında» layihəsi çərçivəsində Suriya diktatoru Bəşər Əsədlə vuruşmuş və vuruşan insanlarla görüşüb.Onlar Əsədi Suriyanın legitim prezidenti saymırlar və hesab edirlər ki, onların müharibəsi hələ başa çatmayıb.

Bəs onlar niyə əllərinə silah alıblar? Nə üçün hesab edirlər ki, hazırkı prezident Bəşər Əsəd getməlidir?

Bəşər Əsəd rejiminə müxalif «Sultan Murad» batalyonunun qərargahı Türkiyənin Kilis şəhərində, iki ölkənin sərhədində yerləşir. «Sultan Murad», əsasən, etnik Suriya türkmanlarından ibarətdir. Onlar Suriya hökumət qüvvələrindən başqa, türkmanların torpaqlarının bir hissəsini zəbt etmiş İŞİD yaraqlıları ilə də vuruşmalı olublar.

«Bizim Suriyada 2 milyona yaxın türkman yaşayır. Özüm Hələb şəhərindənəm. Min ildən öncə Suriya ərazisinə gəlmiş səlcuq türklərinin törəmələriyik. Suriyanın bütün türkmanlarıƏsədə qarşı çıxır, çünki biz azad xalqıq. Əvvəlcə dinc etiraz edirdik, ancaq sonra bizə atəş açmağa başladılar. Əlimizə silah almaq istəmirdik, dinc etiraz etmək istəyirdik, ancaq başqa çıxış yolumuz yox idi», – etnik türkman Hüseyn İsa deyir.

Hüseyn İsa

Hüseyn danışır ki, müharibə başlayana qədər onun ailəsi – səkkiz qardaşının səkkizi də bizneslə məşğul olurmuş. Hüseynin özü isə dörd il Moskvada yaşayıb, ayaqqabı satışıyla məşğul olub. Müharibə başlayanda Hüseynin qardaşı Fəhim İsa «Sultan Murad» özünümüdafiə dəstəsini yaradıb. Onlar əvvəlcə Əsəd ordusu ilə vuruşublar. Sonra daha iki cəbhə açmalı olublar: İŞİD və silahlı kürd dəstələrinə qarşı:

«Adi silahlarla vuruşurduq. Çox torpaqları azad etdik. Allah özü bizə kömək olur. Sonra «Fərat qalxanı» əməliyyatı başladı. (Söhbət Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal ərazilərinin İŞİD-dən azad edilməsi əməliyyatından gedir. Bu əməliyyatda Rusiya aviasiyası Türkiyəyə kömək edib). Xeyli ərazini İŞİD-dən və kürdlərdən, bir qədərini də Əsəddən azad etdik. Əsəd dəlidir. O və atası 40 il sərvətimizi, ölkəmizi talayıb. Onlar 40 il sevimli Suriyamızı dəmir əlcəkdə saxlayıblar. Bu torpağın sahibi bizik və onu heç kimə verməyəcəyik. Elə bilirsiniz bu müharibədən yorulmamışıq? Yorulmuşuq. Ancaq istəyirəm hamı anlasın: Əsəd durduqca, bu müharibə bitməyəcək».

Reyhanlı Türkiyə-Suriya sərhədində yerləşən başqa bir şəhərdir. Burada, suriyalı komandirlərdən birinin evində Tunisdən olan 27 yaşlı keçmiş İŞİD yaraqlısı Abdalla yaşayır. O, hava zərbələri nəticəsində hər iki ayağını itirib.

«İraq və Suriyada vuruşmuşam. Qonşu ölkəyə, dostumu ziyarətə getmişdim. O təklif etdi ki, Suriyaya gedim, həm görüm orada nə baş verir, həm də özümlə pul aparım. Düzünü desəm, özümə də maraqlı idi. Ancaq biz Suriyaya gələndə pasportlarımızı, telefonlarımızı əlimizdən aldılar, özümüzə də dedilər ki, gedə bilmərik, vuruşmalıyıq. Onları fikirlərindən döndərmək mümkün olmadı», – Abdalla deyir.

Abdallanın sözlərinə görə, İŞİD-ə qoşulanadək Tunisdə yanacaq satırmış və dindən uzaq imiş. «İŞİD-in strukturu belədir: Piramidanın təpəsində əmir və ya baş komandan dayanır. Ondan sonra hərbi kəşfiyyat gəlir. Kəşfiyyat komandirlərinə hamıdan çox pul və ən yaxşı silahları verirlər. Onlar elitadır. Onlardan sonra ordu komandirləri gəlir. Bu, tabeçiliyə görə üçüncü pillədir. Sonra adi əsgərlər gəlir, döyüşən də onlardır. Onlardan sonra əhalinin islam qaydalarına əməl etməsinə baxan əxlaq polisi gəlir.

Əvvəl bizə 100 dollar ödəyirdilər, ancaq iqtisadi problemlər başlayanda 50 dollar verməyə başladılar. İlk 6-7 ay ərzində ailəm, ümumiyyətlə, harada olduğumu bilmirdi. Sonra anama zəng vurub dedim ki, Suriyadayam. O, ağlamağa başladı, xahiş etdi ki, geri qayıdım. Söz verdim. Buna görə ölməmək üçün əlimdən gələni etdim. Bu təşkilatdan çıxmaq və özümün əvvəlki normal həyatıma qayıtmaqdan ötrü hər şeyi edirdim», – o deyir.

Haysam əl-Feysi

Ancaq bombardmanların birində keçmiş yaraqlı hər iki ayağını itirib və onu müalicə almaq üçün İdlib əyalətinə göndəriblər. Burada o, bir yoldaşı ilə sözləşib. Onlar birlikdə Azad Suriya Ordusu komandirinin nömrəsini taparaq, hücum edən qoşunlara təslim olublar.

Abdalla keçmiş SSRİ-dən gəlmiş çox sayda yaraqlı ilə rastlaşdığını da deyir. «Çox! Özbəkistan, Qazaxıstan, Tacikistan, Azərbaycandan gələnlər ayrı vuruşurlar. Onların öz batalyonları var, başqalarına qarışmırlar. Azərbaycandan gələnlər başqalarından çox radikaldırlar», – Abdalla deyir.

General Haysam əl-Feysi isə Azad Suriya Ordusunun baş komandanlarından biridir.«Biz inqilabı dəstələmək qərarına gələndə, ordudan getmədik. Azadlıq tələb edən xalqımızı qorumağa getdik. İlk zabitlər Suriya hökumət ordusundan getməyə başlayanda hamısı belə deyirdi: bu addımı xalqımızı qorumaq üçün atırıq. Məhz buna görə də həyatımızı riskə atırıq və ölənədək xalqımızı müdafiə edəcəyik», –üsyançı general deyir.


Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Hamısı