İŞİD-in məhv edilməsindən sonra Suriyada ABŞ-ın nəzarətində olan ərazilərdə "Yeni Suriya Ordusu" adlandırılan (Ceyş əl Cedit) terror təşkilatı yaradılıb.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Bildirilib ki, yeni qurulan terror təşkilatının Haseke və Deyrizorda yerləşdirilən 3 düşərgəsinə 2500-dən çox PKK yaraqlısı yerləşdirilib.
Məlumatda qeyd olunub ki, yaxın zamanda təşkilatın 30 minlik "orduya" çevrilməsi planlaşdırılır.