Ədalət və İnkişaf Partiyasından qurtulmaq üçün hər kəsə ehtiyacımız var.
Bunu KRT televiziyasında çıxışı zamanı Türkiyənin Xalqların Demokratik Partiyasının erməni əsilli millət vəkili Qaro Paylan söyləyib. Onun sözlərinə görə, kürd partiyası AKP ilə mübarizə üçün Türkiyənin keçmiş prezidenti Abdullah Güldən də istifadə etməlidir:
“Bizi bu girdabdan çıxarmağı vəd edən hər kəslə işləməliyik. Abdullah Gülün də məsuliyyət daşıması lazımdır. Gülə də ehtiyac var”.