2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır.
Bu barədə məlumatı ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri yayıblar.
“2018-ci ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 1,8 nəfər isə öləcək”, - deyə məlumatda bildirilir.
Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2011-ci ildə dünya əhalisinin sayı 7 milyarda çatıb və proqnozlara görə, 2050-ci ildə bu rəqəm 9 milyard təşkil edəcək.
Qeyd edək ki, hazırda dünyada əhalisinin sayına görə Çin, Hindistan və ABŞ liderlik edir.