ABŞ Deyr əz-Zor əyalətindən İŞİD liderlərini Suriyanın şimal-şərqində yerləşən Haseke şəhərinə evakuasiya edib.
Bu barədə SANA informasiya yayıb.
Məlumata görə, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinə sığınan İŞİD liderləri helikopterlə evakuasiya ediliblər.
Qeyd edək ki, bir qədər əvvəl Mayadin şəhərinin sakinləri Suriya ordusunun şəhəri azad etmək üçün əməliyyata başlamasına az qalmış İŞİD liderlərinin ABŞ helikopterləri ilə ərazidən uzaqlaşdırıldığını bildirmişdi.(axar.az)