Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsini nüvə başlıqlarının və ballistik raketlərin kütləvi istehsalını sürətləndirməyə çağırıb.
Bunu K.Ç.In Yeni il münasibətilə xalqa müraciətində bildirib.
O qeyd edib ki, nüvə başlıqlarının və ballistik raketlərin irimiqyaslı istehsalını və faktiki yerləşdirilməsini aktivləşdirmək lazımdır.