Türkiyənin Jandarma Baş komandanlığı və Konya Məram bələdiyyəsinin əməkdaşlığı çərçivəsində hazırlanan layihəyə əsasən konyalı ev xanımları tərəfindən hazırlanan yeməklər helikopterlərlə Şırnakdakı əsgərlərə çatdırılıb.
Layihə “Ana qucağından, peyğəmbər ocağına” adlanıb.
Məlumata görə, məhmətçiklərə layihə çərçivəsində Yeni il axşamında konyalı analar tərəfindən hazırlanmış təamlar verilib. (axar.az)