Türkiyənin keçmiş prezidenti Abdullah Gül gələn il ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilər.
Bu barədə Abdullah Gülün yaxın adamı məlumat verib.
Mənbə bildirib ki, Gül hakim Ədalət və İnkişaf Partiyasından seçkilərə qatılmaq istəyir.
Xatırladaq ki, Abdullah Gül 2007-2014-cü illərdə Türkiyə prezidenti olub.