Donald Trampın İrandakı etirazçılara yardım etməyi planlaşdırmasını tənqid edən Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ABŞ-ın İran üçün “Troya atı” hazırladığını deyib.
O, bu barədə şəxsi tvitter hesabından açıqlama yayıb:
“Donald Tramp uyğun zaman olanda ABŞ-ın İrandakı etirazçılara həssas dəstək vermək istədiyini söylədi. Daha öncə Liviya, Suriya, İraq, Əfqanıstan, Serbiya, Vyetnam və bu kimi digər ölkələrin xalqları da yardım almışdı. İran üçün “Troya atı” hazırlayırlar”.