Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri admiral Maykl Rocers yazda istefaya gedəcək.
Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb.
Qeyd edək ki, Rocers 2014-cü ildən Milli Təhlükəsizlik Agentliyinə rəhbərlik edir. O, bundan əvvəl Sakit okean donanmasının kəşfiyyat əməliyyatlarına və Hərbi Dəniz qüvvələrinin kiberkomandanlığına rəhbərlik edib.