Türkiyənin Kayseri vilayətinin Dəvəli mahalında İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri” Tarık Əhməd saxlanılıb.
Türkiyə KİV-i xəbər verir ki, bu haqda Kayseri valisi Süleyman Kamçı bildirib.
Onun sözlərinə görə, “nazir”lə birlikdə daha 9 nəfər tutulub.
“Adamlar Kayseriyə gələrək əkinçiliklə məşğul olurlar. Hər an hər şeyin ola biləcəyini düşünürük. İŞİD-çilər buraya gəzməyə və ya tətilə gəlmirlər. Çirkin niyyətlərlə gəlirlər”, - vali deyib.
Hazırda “nazir” və saxlanılan digər şübhəlilərin sorğusu davam edir.(publika)