İsrail hökuməti 2019-cu il büdcəsində iqtisadi durumu nəzərə alaraq xarici ölkələrdə fəaliyyət göstərən 7 diplomatik təmsilçiliyini bağlamaq qərarına gəlib.
İsrail hökuməti əlavə olaraq Xarici İşlər Nazirliyindən 140 diplomatı təqaüdə çıxmağa təşviq edəcək.
Hələlik hansı ölkələrdə ki, diplomatik təmsilçiliklərin bağlanacağı bilinmir.
Qeyri-rəsmi xəbərlərə görə, İsrailin ABŞ-dakı təmsilçiliklərinin bəzisi bağalana bilər. Hazırda İsrailin Amerikada 9 diplomatik təmsilçiliyi fəaliyyət göstərir.(teleqraf.com)