Avropa və Asiya ölkələrini ABŞ-dan uzaqlaşdırmağı bacarmışıq.
Bunu jurnalistlərə açıqlamasında İran xarici işlər nazirinin müavini Abbas Əraqçi söyləyib.
“Avropa İranla nüvə razılaşması məsələsində şəffadır. Nüvə razılaşması beynəlxalq nailiyyətdir və bir daha müzakirə edilə bilməz. Trampın bu razılaşmanın yox edilməsinə dair bütün cəhdlərinin uğursuzluğu İran diplomatiyasının uğurudur” – deyə o bildirib.(Axar.az)