ABŞ xüsusi xidmət orqanları o cümlədən Federal Təhqiqatlar Bürosu (FTB) ölkədəki prezident seçkisinə müdaxilə etmək istəyiblər.
Bu sözlər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Reymond Makqovernin “Consortiumnyus.com” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, 2017-ci ilin yayında FTB-nin əkskəşfiyyatçısı Piter Strjokun dərc edilən yazışması buna əsas sübutdur:
“Strjok yazışmalarında ölkəni Trampdan müdafiə etməli olduğunu deyir. FTB ümumiyyətlə 18 ay ərzində Donald Trampın namizədliyinin ləğvi ilə bağlı kampaniya aparıb. Bu kampaniya hər hansı qəti sübutlar olmadan davam etdirilib. FTB həmçinin müxtəlif vasitələrlə Hillari Klintonu da qorumağa cəhd edib”.(axar.az)