“ABŞ xarici siyasətdə özünün qlobal hədəflərini həyata keçirməyi bacarmadı, artıq olimpdən enməyin vaxtıdır”.
TASS agentliyi xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında deyib.
“ABŞ-ın qlobal hədəfləri alınmadı. Olimpdən enmək və regional dövlətə çevrilmək vaxtıdır”, - partiya lideri bildirib.
Jirinovski xatırladıb ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya və Çinin əsas təhdidlər olduğu etiraf edilir:
“ABŞ yeni milli təhlükəsizlik strategiyasını dərc etdi. Biz həqiqətən onları keçdik”.(publika.az)