Suriyada və İraqda kimyəvi terrorizmin artan təhlükəsi ciddi narahatçılıq yaradır.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Nazir bu təhlükənin xüsusilə, İraq və Suriyada daha ciddi olduğunu vurğulayıb.
“Terrorçular yalnız kimyəvi silahları tətbiq etmirlər, onlar həm də bu silahların hazırlanması üzrə texnologiyaları əldə ediblər”, - Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.