Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil insanların üzərinə sürülüb.
Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
İnsident yerli vaxtla saat 20:30-da baş verib. İlkin məlumata əsasən, avtomobilin sürücüsü 41 yaşlı Antoniu Almeyda saxlanılıb və bildirib ki, epilepsiyadan əziyyət çəkir.