ABŞ ordusuna məxsus Apaçi AH-64 (Apache) tipli hərbi helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində 2 nəfər heyət üzvü həlak olub.
Hadisə Kaliforniyada Los-Anceles şəhərinin şimal-şərqində yerləşən Fort-İrvin təlim mərkəzinin yaxınlığında baş verib. Rəsmi Pentaqon qəzanın səbəbləri barədə məlumat yaymayıb.