Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraqa rəsmi səfər edib.
Çavuşoğlu Bağdadda iraqlı həmkarı İbrahim Cəfəri ilə birgə mətbuat konfransı keçirib.
Çavuşoğlu Baş nazir Heydər İbadi, Məclis sədri Səlim əl-Cuburi ilə də görüşüb. Görüşlər zamanı qarşılıqlı münasibətlərin ikitərəfli inkişaf perspektivlərindən danışılıb.
İraq XİN rəhbəri Cəfəri öz növbəsində iraqlı qaçqınlara yardımı üçün Türkiyəyə təşəkkürünü bildirib.