ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.
Bu barədə Reuters agentliyinə Demokratlar partiyasının Senatdakı lideri Çak Şumer deyib.
“Bu gün hökumətin işinin bərpası üçün səs verəcəyik”, deyə Ç.Şumer qeyd edib.
Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.