Parisdə Fransa və Ermənistan prezidentləri Emmanuel Makronla Serj Sarkisyan arasında görüş başlayıb.
Erməni KİV-nə əsasən xəbər veririk ki, Bakı vaxtilə 16:00-da başlayan görüş hazırda davam edir.
Prezidentlərin görüşündən sonra nahar, daha sonra isə KİV nümayəndələri ilə görüş nəzərdə tutulub.
Ermənistan və Fransa prezidentlərinin görüşündə iki ölkə arasındakı münasibətlərlə yanaşı Dağlıq Qarabağ probleminin də müzakirə olunacağı gözlənilir.