ABŞ Müdafiə naziri Ceyms Mettis Afrin əməliyyatı ilə bağlı yeni açıqlama verib.
Mettis Türkiyənin Suriyadakı əməliyyatlarının İŞİD terror təşkilatı ilə mübarizədən diqqəti yayındırdığını bildirib.
Onun fikrincə, “Zeytun budağı” əməliyyatı Suriyanın digər bölgələrində böhranın dərinləşməsinə səbəb olacaq:
“İndi fikirlərimizi bu əməliyyata yönəltsək, İŞİD və “Əl Qaidə” bundan istifadə edəcək”.(teleqraf.com)