Rusiyanın paytaxtı Moskvada “Sadovod” bazarının ticarət pavilyonunda yanğın başlayıb.
Yanğına görə, pavilyondakı insanlar təxliyə olunub.
Yanğın bazarın “üçüncü xəttində” yerləşən pavilyonda başlayıb və ümumi sahəsi 250 kvadratmetrdir. Hazırda yanğının qarşısının alınması üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyev sahəsi” şirkətinə məxsusdur.
Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyev sahəsi” şirkətinə məxsusdur.