İŞİD-lə mübarizədə Türkiyəni qınamağa haqqınız yoxdur.
Bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çelik deyib.
O bildirib ki, Türkiyə NATO üzvü və AB üzvlüyünə namizəd ölkə olaraq Avropanın sərhədlərini qorumaqdadır:
“Sərhədimizdə baş verən təhlükəyə göz yuma bilmərik. AB-dən açıqlama gəldi: Humanitar yardımların çatdırılması ilə bağlı narahatlığımız var.
İŞİD-lə mübarizə daha kəskin aparılmalıdır – deyə... Humanitar yardımlara ən çox dəyər verən ölkə Türkiyədir. Bununla bağlı tədbir görülüb.
Həmçinin Türkiyə İŞİD-lə ən aktiv mübarizə aparan ölkədir”.(axar.az)