Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Qərargah rəisi Hulusi Akarla birlikdə “Zeytun budağı” əməliyyatının 6-cı günündə Hataydakı Əməliyyat Mərkəzində olub.
Prezident general-leytenant Təməl və digər vəzifəli şəxslərdən əməliyyat barədə məlumat alıb.
Prezidenti səfərdə baş nazirin müavini Bəkir Bozdağ, Müdafiə naziri Nüreddin Canikli, Quru Qoşunlarının komandanı Yaşar Güler, Hatay valisi Erdal Ata müşayiət edir.