ABŞ Fələstinə yardım proqramını yeniləməyəcək.
Bunu Davosda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib. Onun sözlərinə görə, ABŞ mövqeyini Fələstin İsraillə danışıqlara başlayana qədər dəyişməyəcək:
“Fələstin ABŞ vitse-prezidenti Mayk Pensi qəbul etməkdən imtina etməklə ABŞ-a qarşı hörmətsizlik göstərdi. Bu pullar onların danışıqlar masasına oturacağı günə qədər Fələstinə getməyəcək”.(Axar.az)