Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Telefon söhbətində Suriya münaqişəsinin siyasi tənzimlənməsi, Afrində keçirilən əməliyyat və Suriya Milli Dialoq Konqresinə hazırlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi 29-30 yanvar tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək.