Türkiyə bundan sonra yalnız verilən sözlərə baxmayacaq.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ söyləyib.
“Biz bundan sonra verilən sözlərə baxmayacağıq, sözlə bərabər hərəkətlərə də baxacağıq. Əgər bunlardan ikisi bir-birini tutursa, bizim üçün heç bir problem olmayacaq. Bu vaxta qədər təəssüf ki, ABŞ rəsmilərinin Türkiyəyə verdikləri sözlə əməlləri üst-üstə düşməyib”, – deyə o bildirib.(Axar.az)