Rusiyanın Soçi şəhərində Suriya ilə bağlı keçirilən toplantıda qalmaqal yaşanıb.
Xarici media xəbər verir ki, toplantını Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıb.
Ancaq onun çıxışı suriyalı müxaliflərin etirazına səbəb olub və yarımçıq dayandırılıb. Onlar Rusiyanı Suriyada dinc sakinləri öldürməkdə ittiham ediblər.
Lavrov müxalifləri sakitləşdirdikdən sonra çıxışını davam etdirib. O bildirib ki, müxaliflərə sözlərini demək üçün imkan yaradılacaq.(Teleqraf.com)