Türkiyənin İncirlik hərbi bazasındakı ABŞ Hərbi Hava Qüvvələrinin 39-cu Hava Birliyi Komandanlığına məxsus ABŞ bayrağı mərasimlə təqaüdə buraxılaraq yandırılıb.
Məlumata görə, mərasimdən əvvəl ABŞ bayrağının ağ və qırmızı rəngli zolaqları kəsilərək üzərində 50 ulduz olan göy hissədən ayrılıb. Daha sonra bayraq Amerikanın Bayraq haqqında qanununa uyğun şəkildə yandırılıb. ABŞ Şərəf Mühafizəçiləri bayraq yandırılarkən hərbi salam verib, yandırılan bayrağa sədaqət andı içilib.
Bayraq bütünlükdə yanıb qurtarana qədər əsgərlər onun yaxınlığında keşik çəkib.(Axar.az)