ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi ölkəyə necə insanların gəlməli olduğundan danışıb və şərtlərini açıqlayıb.
“Fox News” xəbər verir ki, Tramp ABŞ-a “Green Card”ın lazım olmadığını deyib.
“Biz ölkəmizə layiq olan və ölkəmizi sevəcək insanların gəlməsini istəyirik. Biz viza lotereyasını istəmirik”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Donald Tramp bundan əvvəlki çıxışında viza lotereyasının (Green Card) ləğv olunmasını təklif etmişdi. Onun fikrincə, bu lotereya nəticəsində ABŞ-a digər ölkələrin “ən pis” adamları gəlir.(AzVision.az)
.@POTUS: "We want people coming in to our country based on merit and based on the fact that they are going to love our country... We don't want visa lottery." pic.twitter.com/4lzPA7Hv39
— Fox News (@FoxNews) 1 февраля 2018 г.