ABŞ Suriyadan ya öz istəyi ilə çıxacaq, ya da ki təpiklə çıxararıq.
Bu sözləri İranın Ali dini lideri Əli Xameneyinin sözçüsü Əli Əkbər Vilayəti deyib.
O bildirib ki, ABŞ Suriyanı bölməyə çalışır:
“Vaşinqton bu istəyinə çatmayacaq. Gec, ya da tez onlar buradan çıxacaq”.
Vilayətinin sözlərinə görə, ABŞ İŞİD terror təşkilatını Suriyadan Əfqanıstana daşıyır.(teleqraf.com)