Fransanın cənub-şərqində, Var departamentində iki hərbi vertolyot qəzaya uğrayıb.
Hadisə nəticəsində 5 nəfərin meyiti aşkar edilib. Vertolyotlarda ümumilikdə 6 nəfərin olduğu bildirilir.
Hazırda qəza yerində, Karsez gölünün (Sen-Trope kurort şəhərindən 50 km aralı) yaxınlığında xilasedicilərin işlədiyi bildirilir.
Qəzanın baş vermə səbəbi hələ bilinmir.