Yaponiya hökuməti aprelin 23-də sualtı qayıqdan ballistik raket buraxılışına görə Koreya Xalq Demokratik Respublikasına (KXDR) etiraz notası göndərib. Bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişida mətbuat konfransında məlumat verib.
Nazir qeyd edib ki, Şimali Koreyanın belə hərəkətləri yolverilməzdir. Onun sözlərinə görə, etiraz notası Pekindəki diplomatik kanallar vasitəsilə çatdırılıb.
Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, aprelin 23-də KXDR lideri Kim Çen In şəxsən sualtı qayıqdan raket buraxılışına rəhbərlik edib. Raketin buraxıldığı qayıq maksimum dərinlikdə yerləşib. Raket bərk yanacaqla işləyən yeni tip mühərriklə təchiz olunub. Sınaq nüvə başlığı üçün partladıcının etibarlılığını yoxlamaq məqsədilə aparılıb.
"Azərtac"