Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxaliflərin Azad Suriya Ordusu ilə bağlı tənqidlərinə sərt reaksiya verib.
Bu barədə məlumatı Türkiyənin “Sputnik” agentliyi yayıb. Ərdoğan Azad Suriya Ordusunun türk əsgərləri ilə birlikdə terrorçulara qarşı vuruşduğunu bildirib:
“Azad Suriya Ordusu kiminlə yan-yana? Mənim əsgərimlə yan-yana, çiyin-çiyinə. Qolunda nə var? Türk bayrağı var. Yaxşı PYD terror təşkilatının qolundakı hansıdır? Amerikanın bayrağı. Kimlər var qarşımızda? Qərb var, Amerikanın verdiyi silahlarla birlikdə terrorçular var. PYD, YPG və PKK var. Bunlar terrorçudurlar. Qəsdən kürd filan deyirlər, hamısı yalandır. Bunlar mənim kürd qardaşlarımın nümayəndəsi ola bilməz, əlaqəsi yoxdur. Bunlar yalnız terrorçulardır”.(axar.az)