Kiprin hazırkı prezidenti Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
Bu barədə ölkənin DİN-i səslərin 100 faizinin hesablanmasından sonra bildirib. Seçicilərin fəallığı 73,97 faiz təşkil edib.
Yeni dövlət başçısı öz vəzifələrinin icrasına fevralın 28-də başlayacaq.