ABŞ yeni nüvə doktrinası ilə vicdansız bir ikiüzlülük nümayiş etdirir.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Kütləvi qırğın silahlarının istifadəsini cinayət olaraq görən, dünyadakı bütün kimyəvi silahların məhv edilməsi barədə təzyiq göstərən ABŞ rəqiblərinə qarşı istifadə etmək üçün nüvə arsenalını modernləşdirməklə bağlı silahlanma yarışına girdi. ABŞ ikiüzlülüklə Rusiyanı nüvə silahı ilə təhdid etdi”, - Ruhani bildirib.
Qeyd edək ki, Rusiya və Çin də Vaşinqtonun nüvə doktrinasına qarşı olduqlarını açıqlayıb.(axar.az)