İraq hökuməti ən çox axtarılan cinayətkarların siyahısını dərc edib.
Siyahıya 60 nəfər daxil edilib. Siyahıda İraqın eks-prezidenti Səddam Hüseynin qızı Raqadın da adı yer alıb. Raqadla bərabər, yeni siyahıya İŞİD-in 28 səhra komandiri, 12 rəhbəri və Ərəb Sosialist Oyanışı Partiyasının (BAAS) funksionerlərinin adı daxil edilib. Maraqlı məqam odur ki, yeni siyahıda İŞİD lideri Əbubəkr Bağdadinin adı yer almayıb.
Qeyd edək ki, Raqad hazırda İordaniyada yaşayır.(axar.az)