Rusiya Müdafiə Nazirliyi fevralın 3-də Suriyanın İdlib bölgəsində vurulan rus qırıcı təyyarəsinin pilotunun cənazəsinin Rusiyaya təhvil verilməsinə Türkiyənin yardım etdiyini açıqlayıb və təşəkkürünü bildirib.
Nazirlik pilotun cənazəsinin alınması üçün Türkiyədən rəsmən yardım istədiklərini bildirib. Bundan başqa Rusiya Su-25 qırıcı təyyarəsinin qara qutusunun tapılıb gətirilməsinin vacib olduğunu vurğulayıb:
“Qara qutu incələndikdən sonra qırıcı təyyarənin hansı raketlə vurulduğunu təsbit edəcəyik”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi pilotun cənazəsinin artıq Rusiyada olduğunu və mayor Filip Romanovun fevralın 8-də Voronejdə dəfn ediləcəyini açıqlayıb.(teleqraf.com)