Rusiya özünün yeni nəsil robot silahlarını hazırlayır, bu hərbi texnikalar müharibə zonalarında istifadə olunur.
Bu qurğular “Sfera” adlanır və audio-video kəşfiyyat məlumatları yığaraq lazımi yerlərə ötürür.
Beynəlxalq KİV-lərin məlumatına görə, bu texnikaların hər birinin dəyəri 18 min 500 ABŞ dolları dəyərindədir və Suriyada onun döyüş testi keçirilir.
Bu robot döyüşçülərin 4 video kamerası var və onlar 360 dərəcə dönə bilir. Həmçinin diod işıqları, eləcə də radio siqnallarında işləyən mikrofonları mövcuddur.
Böyük Britaniyanın nüfuzlu “Dailymail” nəşri yazıb ki, qurğular 50 metr məsafədə çətin görüntüyə alına bilən kadrları çəkmək qabiliyyətinə malikdirlər.
Qeyd olunub ki, bu robot qurğular Rusiya prezidenti Vladimir Putinin hərbi maşını üçün hazırlanmış bir sıra yeni ağıllı silah və kəşfiyyat toplama cihazlarının tərkib hissəsidir.
Bu qurğular mənfi 20 dərəcə şaxtadan 45 dərəcə istiyə qədər olan temperaturda işləyə bilir.
Əsasən küçə döyüşləri üçün faydalıdır.