Kanadanın Baş naziri Castin Trudonun korteji Kaliforniyada qəzaya uğrayıb.
Trudonun qəzadan öncə Simi-Velli şəhərindəki Ronald Reyqan prezident kitabxanasında çıxış etdiyi bildirilib. Tədbirdən sonra kitabxanadan altı kilometr uzaqlıqda “Toyota” markalı avtomobilin sürücüsü Kanada baş nazirinin avtomobilini müşayiət edən motosikletlə toqquşub.
Nəticədə, motosiklet sürücüsü xəsarət alıb. (axar.az)