ABŞ İsrailin öz ərazisini müdafiə etmək hüququ və Suriyada İranın obyektlərinə zərbə vurmasını dəstəkləyir.
TASS-ın xəbərinə görə, bunu ABŞ Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı, mayor Adrian Renkin-Qellouey bildirib.
"İsrail regionda təhlükəsizliyin təmin edilməsində bizim yaxın tərəfdaçımızdır. Biz İsrailin öz ərazisi və xalqını təhlükələrdən qorumaq haqqını dəstəkləyirik", - mayor Adrian Renkin-Qellouey vurğulayıb.
O, qeyd edib ki, Pentaqon İsrailin sözügedən əməliyyatında iştirak etməyib.(teleqraf.com)