ABŞ İsrailin özünümüdafiə haqqını dəstəkləyərək, rəsmi Tehranı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edib.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
"İsrail ABŞ-ın sadiq müttəfiqidir. Biz İsrailin İranın dəstəklədiyi Suriyaya və Suriyanın cənubundakı qruplaşmalara qarşı özünümüdafiə haqqını dəstəkləyirik. İran və müttəfiqlərini təxribat xarakterli fəaliyyətlərə son qoymağa və sülh yolunda çalışmağa səsləyirik", - bəyanatda bildirilib.
Qeyd edək ki, ötən gün Suriya İsrailə məxsus bir neçə qırıcını vurduğunu bəyan edib. İsrail isə yalnız bir F-16-nın vurulduğunu, pilotun sağ qaldığını təsdiqləyib.
Bunun ardınca isə İsrail ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərini və İrana məxsus 4 hədəfi məhv edib. İran tərəfi isə bu məlumatı təkzib edərək, İsraili yalan məlumat yaymaqda ittiham edib.(axar.az)